Gürcüstan Bakı-İrəvan sülh prosesinə ümidlidir – ÖZƏL
22 İyul 2025 16:23 SiyasətGürcüstan Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarını diqqətlə izləyir və yaxın zamanda sülh sazişinin imzalanacağına ümid edir.
Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsində maraqlıdır. O, həmçinin Ermənistan, Azərbaycan və Gürcüstan xarici işlər nazirliklərinin müavinlərinin - Vaan Kostanyan, Elnur Məmmədov və Laşa Darsalia - iştirakı ilə keçirilən üçtərəfli formatı xatırladaraq, bu mexanizmin gələcəkdə sülhə töhfə verə biləcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31