Trampdan ŞOK QƏRAR: ABŞ YUNESKO-dan çıxdı

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların YUNESKO-dan çıxması barədə qərar verib. 

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Açıqlamada bildirilib ki, Tramp ABŞ-ın YUNESKO-dan çıxmasına qərar verib, çünki təşkilat "ədəavət doğuran mədəni və sosial məqsədləri dəstəkləyir" və bu məqsədlər "amerikalıların noyabrda səs verdiyi sağlam siyasi yanaşmalara tamamilə ziddir".

Bu fikirləri "New York Post" qəzetinə açıqlamasında Ağ Evin sədr müavini Anna Kelli deyib.

Qeyd olunub ki, hələ fevral ayında Tramp ABŞ-ın bu təşkilatda iştirakını yenidən dəyərləndirməyi tapşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31