Artıq inteqrasiya dönəmidir:Bu yeni bir keyfiyyət, yeni bir inkişaf mərhələsi formalaşdıracaq - ÖZƏL
21 İyul 18:07 Siyasət"Artıq inteqrasiya dönəmidir,turistik zonanın və həmin ərazilərə edilən səfərlərin bölgənin populyarlaşması prizmasından baxıldıqda çox önəmli olduğu görünür."
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Belə nəticəyə gəlmək olar ki, Azərbaycan üçün yeni bir turizm mərkəzi kimi formalaşan bu ərazi həm cəlbedicidir, həm də özündə bir hekayə daşıyır. Ən əsası isə, bu məkan qələbənin, zəfərin bir simvolu kimi ortaya çıxır və özünü göstərir.
Lakin mənim fikrimcə, burada ən vacib məsələlərdən biri də həmin ərazidə investisiya mühitinin yaradılmasıdır. Bu da öz növbəsində tamamilə yeni bir keyfiyyət, yeni bir inkişaf mərhələsi formalaşdıracaq."
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31