Azərbaycan dövlətini və xalqını bu cür dırnaqarası "əzələ nümayişləri" ilə qorxutmaq və ya çəkindirmək mümkün deyil - ÖZƏL

"Rusiya və İranın bu addımlarının nəyə hesablandığını biz çox gözəl anlayırıq. Azərbaycan dövlətini və xalqını bu cür  dırnaqarası "əzələ nümayişləri" ilə qorxutmaq və ya çəkindirmək mümkün deyil."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Əvvəla, İran anlamalıdır ki, onun azı  50 faizi türklərdir - bizim soydaşlarımızdır. Azərbaycan Respublikasını bir kənara qoysaq belə, əgər onlar bizə qarşı "əzələ nümayiş" etdirmək istəyirlərsə  bu, hər şeydən əvvəl, öz vətəndaşlarına qarşı hörmətsizlikdir.

İkincisi, Xəzər dənizi nə Rusiyaya, nə də İrana aiddir.Xəzər dənizi, bir türk dənizidir. Bəli, bu gün onun sahillərində İran İslam Respublikası və Rusiya Federasiyası  mövcuddur.Bu dövlətlər Xəzər dənizinin sahillərini uzun illərdir işğal altında saxlayır. Ancaq gün gələcək - və o gün uzaqda deyil - Xəzər dənizi yenidən sırf türk dənizi kimi tanınacaq. Onda artıq heç kim bizə qarşı "əzələ nümayiş" etdirmək kimi fikirdə ola bilməyəcək.

Eyni zamanda qeyd etmək lazımdır ki, bu gün Rusiya Federasiyasının ərazisi sayılan Dağıstan, ondan şimala doğru Həştərxana qədər olan ərazilər tarixi türk torpaqlarıdır və ruslara heç bir şəkildə aid deyildir. Bu ərazilər də işğal altındadır. Ancaq inanıram ki, çox yaxın biz müstəqil Dağıstan Respublikasının azadlığını qeyd edəcəyik. Şimali Qafqazın digər xalqları da öz müstəqil dövlətlərini elan edəcək. Bundan sonra artıq Rusiya və İran kimi dünyaya təhlükə yaradan, geridə qalmış rejimlərlə idarə olunan dövlətlər bizə qarşı əzələ nümayiş etdirmək fikrinə düşməyəcəklər.

Bir daha vurğulamaq istəyirəm ki, onların nə deyib və nə istəməsindən asılı olmayaraq, Azərbaycan bu kimi təzyiqlərlə ilk dəfə qarşılaşmır. Biz bu kimi situasiyalardan keçmişik və qorxmuruq, çəkinmirik. Üstəlik, biz bu yolda tək deyilik - Türk Dövlətləri Təşkilatı, qardaş Türkiyə  və digər türk dövlətləri ilə iç-içəyik. Kimlərsə bizə qarşı hərəkət etmək fikrinə düşürsə, unutmasınlar: gələcəkləri kimi, görəcəkləri də olacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31