Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Kreml
21 İyul 15:14 SiyasətMoskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Həqiqətən də möhkəm təməl, iki ölkə arasında maraqların üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Amma bəzən iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi o dövrlərdən biridir. Ümid edirik ki, bu müddət keçəcək. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31