Ərdoğan: İsrail regionda sülhün ən böyük düşmənidir- ÖZƏL
13:49 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumu ilə bağlı sərt açıqlama verib. O bildirib ki, İsrail bu hücumla regionda sülhün ən böyük düşməni olduğunu bir daha nümayiş etdirib. Olaylar.az xəbər verir ki, bu barədə o, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
"İsrailin Qəzza, Livan, Yəmən, Suriya və son olaraq İranda həyata keçirdiyi hücumlar banditlikdir. Netanyahunun rəhbərlik etdiyi administrasiya İrana qarşı bu hücumla sülhə ən böyük təhdid olduğunu bir daha göstərdi", - deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin qeyd edib ki, hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların aktivləşdiyi bir dövrdə baş verməsi də olduqca diqqətçəkicidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31