Konstitusiyamız ölkənin hüquqi-siyasi inkişafının əsasını təşkil edir- ÖZƏL
21 İyun 2025 13:46 Siyasət"1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyasının məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb". "Olaylar" xəbər verir ki, bunu YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov deyib: "Bu sənəd ölkənin hüquqi-siyasi inkişafının əsasını təşkil edir. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə edilən şanlı zəfərlər nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmaqla yanaşı, həm də Konstitusiyada əks olunan prinsip və dəyərlər reallıqda təsdiqə çevrilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31