“Bu cür mühüm məsələ qanunun özündə dəqiq göstərilməlidir”- DEPUTAT
21 İyun 2025 12:14 Siyasət"Elektroenergetika haqqında" qanunun 13.2-ci maddəsinin qüvvəyə minmə müddətini icra hakimiyyəti orqanına həvalə etmək olmaz."Olaylar" xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. Deputat qeyd edib ki, qanunun qüvvəyə minmə müddətinin müəyyənləşdirilməsi səlahiyyətinin müvafiq icra hakimiyyəti orqanına verilməsi doğru yanaşma deyil:
"Belə bir səlahiyyətin icra hakimiyyəti orqanına verilməsi dünya təcrübəsində rast gəlinmir. Bu halda həmin orqan müddəti istənilən qədər - məsələn, 3, 5 və ya 10 ilə qədər uzada bilər. Halbuki bu cür mühüm məsələ qanunun özündə dəqiq göstərilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31