Hikmət Hacıyev və diplomatik korpus nümayəndələri Şuşada – VİDEO
21 İyun 2025 12:00 SiyasətAzərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət edib.
Olaylar.az xəbər verir ki, qonaqlara Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verilib.
Xarici diplomatlar uzun illər davam etmiş erməniişğalından sonra bərpa edilmiş muzeyi öz gözləri ilə görmək imkanı əldə ediblər.
Şuşada Bülbülün ev-muzeyi 2021-ci il avqustun 29-da bərpa edilib. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31