İkinci Qarabağ Müharibəsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı oldu- ÖZƏL

"Azərbaycan və Türkiyənin əlaqələrinin kökləri qədim tarixə dayanır. Oğuz türklərinin ortaq soy-kökü bu gün hər iki xalqın yaddaşında canlı qalır". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Dil, din, adət-ənənə və milli dəyərlər baxımından mövcud olan bənzərliklər, bu münasibətləri yalnız rəsmi səviyyədə deyil, həm də xalqlar arasında möhkəmləndirir. Tarixi hadisələr də bu qardaşlığın nə qədər möhkəm olduğunu sübut edir. Birinci Dünya müharibəsi zamanı Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsi, XX əsrin sonlarında Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olması bu birliyin örnəkləridir. 
Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi, Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Türkiyə, müharibənin ilk günündən son gününə qədər Azərbaycanın yanında yer aldı. Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi siyasi və mənəvi dəstək, türk xalqının duaları və qardaşlıq mesajları Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Müharibədən sonra imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasında strateji müttəfiqlik rəsmiləşdirildi. Bu sənəd, həm regional təhlükəsizlik, həm də gələcək əməkdaşlıq üçün əhəmiyyətli bir zəmin yaratdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31