Ermənistan-Azərbaycan sülh sazişinin bütün maddələri razılaşdırılıb – ÖZƏL

İyunun 20-də Ermənistan parlamentinin Dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının sədri, hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Vladimir Vardanyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin bütün maddələri razılaşdırılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Milli Assambleyada keçirilən ənənəvi brifinq zamanı danışıb.

Deputatın sözlərinə görə, artıq sazişin imzalanma vaxtı və yeri barədə danışmaq mümkündür. O vurğulayıb ki, bu prosesin uğurla başa çatması üçün tərəflər arasında konstruktiv münasibətlərin formalaşması və qarşılıqlı etimad mühiti vacibdir.

"Sazişin imzalanması üçün qarşılıqlı etimad atmosferi yaradılmalıdır", - deyə Vardanyan qeyd edib. O əlavə edib ki, regional konsensus və qonşu ölkələrlə münasibətlər də bu məsələdə mühüm rol oynayır. Deputatın fikrincə, bütün proseslər tərəflərin razılığı əsasında aparılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31