Paşinyan artıq reallığı dərk etməyə başlayır- ÖZƏL

"Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökumətinin əksər üzvləri anlayır ki, Ermənistan dövlətinin formalaşması və inkişafı, ümumilikdə Ermənistan dövlətçiliyinin nicatı region dövlətləi ilə münasibətlərin nizamlanmasından keçir. Bu baxımdan, regionun siyasi, iqtisadi və hərbi cəhətdən əsas aparıcı gücü olan Türkiyə-Azərbaycan tandemi ilə münasibətlərin normallaşdırılması  Ermənistan üçün çox vacibdir". Bunu "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib: "Nəzəri cəhətdən Paşinyan bunu anlasa da faktiki olaraq praktiki addımların atılması üçün zaman çoxdan yetişib. Paşinyan da daxil olmaqla indiyə qədər Ermənistanda təmsil olunan bütün hökumətlər  düzgün strategiyanın seçilməsi üçün bütün səhv variantların hamısını sınaqdan keçiriblər. Beynəlxalq hüququn prinsiplərini pozaraq Azərbaycana qarşı ərazi iddiası qaldırıblar, ölkəmizə qarşı işğal siyasəti həyata keçiriblər. İşğal etdikləri ərazilərimizin anneksiyasına cəhd ediblər. Şanlı Zəfərimiz nəticəsində bu siyasət  tam şəkildə puç oldu, iflasa uğradı. 
 Paşinyan hökuməti özünün siyasi cəhətdən uzun ömürlülüyünü təmin etmək üçün Azərbaycanla sülh gündəliyini həyata keçirməli, sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında müqavilənin imzalanması yolundakı konstitusion maneəni aradan qaldırmalıdır. Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasının labüdlüyünü anlayır. Hesab edirəm ki, bu zərurətlər çərçivəsində Paşinyan Ankaraya səfərini gerçəkləşdirir". 
Millət vəkili qeyd edib ki, hazırda regionda baş verən hadisəlr fonunda bölgədə sülhün və sabitliyin nə qədər tezliklə tam şəkildə bərqərar olması Ermənistan hökumətinə də aydındır: "Azərbycan Respublikasının prezidenti cənab İlham Əliyevin həm hərbi, həm də siyasi-diplomatik müstəvidə həyata keçirdiyi siyasət nəticəsində regionda yeni geosiyasi reallıq yaranıb. Bu yeni siyasi reallıq Erməistan da daxil olmaqla bütün region dövlətləri üçün yeni əməkdaşlıq imkanları təkilf edir. Bu potensial ortadadır və Erməistan bu reallığı nə qədər tez qəbul edərsə, o qədər tez regiona inteqrasiyada öz payını almış olar. Hesab edirəm ki, Paşinyanın Ankara səfərində gündəmdə olan məsələlərdən biri də məhz bu olacaq. Çünki Ermənistan dövləti artıq daxildə də ciddi çağırışlarla üzləşir ki, revanşistlər yenə də millətçi şüarlardan çıxış edirlər, Ermənistanı yenidən müharibəyə təhrik etmək siyasətini ön plana qoyurlar. Paşinyan isə bu variantların hamısını sınaqadan keçirib, uğursuzluqla üzləşib. 
Ermənistan Baş naziri sülh siyasətinin yeganə çıxış yolu olduğunu anlayıb. Hesab edirəm ki, Paşinyan reallığa uyğun danışıqlar apararsa, Ankara danışıqlarından sonra uzunmüddətli sülhün təmin olunması üçün real nəticələr əldə etmək asanlaşar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31