Paşinyan Türkiyəyə yola düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb. 

Olaylar.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan rəhbərini İstanbulda qəbul edəcəyi açıqlanıb.

Məlumata görə, Ermənistan nümayəndə heyətinin tərkibində Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan, parlamentin sədr müavini və Türkiyə ilə normallaşma prosesi üzrə nümayəndə Ruben Rubinyan,  Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan və digər rəsmi şəxslər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31