Bakı COP29 tədbirinə mükəmməl ev sahibliyi etdi - Səfir

Britaniyanın Azərbaycandakı səfiri kimi ən qürurlu iki həftəm COP 29 zamanı oldu.

Olaylar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr olunmuş tədbirdə deyib.

Səfir qeyd edib ki, Böyük Britaniya və Azərbaycan qlobal iqlim məsələsinə cavab vermək üçün birlikdəçalışdılar.

"Azərbaycan tədbirə mükəmməl ev sahibliyi etdi - biz bu prosesdə Azərbaycanı dəstəklədik və tədbirin uğurlu nəticəyə gəlməsi üçün əlimizdən gələni etdik",-deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31