Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi olub, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak ediblər
18:29 Siyasətİyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilib.
Olaylar xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra "Azərbaycan" məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.
Daha sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.
17:19
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı olub.
Mərasimdə açılışın rəmzi lenti kəsilib.
16:37
Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra "Azərbaycan" məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.
Daha sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.
16:17
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra "Azərbaycan" məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edir.(Report)