İsrailin əməliyyatları: Pəhləvilərin hakimiyyətə dönüşü reallıqdan uzaqdır- ÖZƏL
19 İyun 2025 16:38 Siyasət"İsrailin İrana qarşı başlatdığı əməliyyatının bir neçə hədəfi var. İlk olaraq, İsrail İranın nüvə proqramından tamamilə əl çəkməsini istəyir. Onun nüvə potensialını məhdudlaşdırmağı hədəf olaraq qarşıya qoyub. İkinci hədəf şübhəsiz ki, İranda 46 ildən bəri hakimiyyətdə olan mövcud rejimin dəyişməsidir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamaslnda bildirib:
"Bu kontekstdə Pəhləvilər ailəsinin, şahın oğlu Rza Pəhləvinin fəallıq göstərməsi, əhaliyə çağırışlar etməsi, onun yenidən İranda hakimiyyətə qayıtmaq iddiaları ilə bağlı olsa da və onunla bağlı müəyyən planlar qurulsa da, hesab edirəm ki, bu, hazırkı şəraitdə mümkün variant deyil. Çünki Pəhləvilər ailəsinə İranda münasibət həddən artıq neqativdir və xalq belə bir hakimiyyəti çətin qəbul edər. Amerika, İsrail də əgər onu zorakı yolla hakimiyyətə gətirmək istəsələr belə, İranda hansısa sabitliyə nail olmaq mümkün deyil. Əksinə, bu İranın daxilində separatizm meylləri ilə bağlı qarışıqlığı da artıra bilər. Nəzəri baxımdan bir ehtimal mümkündür, amma real vəziyyətə baxdığımızda hesab etmirəm ki, Pəhləvilər sülaləsinin hakimiyyətə qayıtmaq şansları olsun".
Zeynəb Mustafazadə