İlham Əliyev və Paşinyanın Türkiyə səfərləri:Regionda sülh və yeni əməkdaşlıq mərhələsinin başlanğıcı?- ÖZƏL
15:11 Siyasətİyunun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin, bir gün sonra, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır. Bu ardıcıllıq regionda nəyi ifadə edir və Paşinyanın səfərinin məqsədi nədir?
Mövzu ilə bağlı poltoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"Cənab Prezident İlham Əliyevin Türkiyə səfəri hazırkı reallıqlarda çox mühüm əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycan üçün dost, tərəfdaş, hərbi-siyasi müttəfiq dövlətdir və birmənalı şəkildə söyləmək olar ki, Türkiyə Azərbaycanın ən yaxın dostudur. Bu, tarixdə belə olub, bu gün də belədir. Şübhə yoxdur ki, sabah da belə olacaqdır. Və bu baxımdan biz Mustafa Kamal Atatürkün və Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin xaraktercə etdiyi siyasi düşüncə, təfəkkürlə münasibətlərin inkişafında maraqlıyıq. Çünki Atatürk deyirdi ki, Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri isə kədərimizdir. Ulu öndərimiz Heydər Əliyev isə belə qeyd edirdi ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Xüsusilə qeyd etmək istəyirəm ki, vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Mədəniyyət paytaxtımız Şuşada imzalanan Şuşa Bəyannaməsi bu gün münasibətlərdə əsas göstərici və normativ-hüquqi sənəddir. Şuşa Bəyannaməsi həm də Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiya olunmuşdur. Eyni zamanda bir gün sonra Nikol Paşinyan da Türkiyədə səfərdə olacaq və proqnoz bundan ibarətdir ki, həm Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi, eyni zamanda Zəngəzur Dəhlizi bu görüşlərdə müzakirə olunacaq. Digər həssas məqam bundan ibarətdir ki, Azərbaycan və Ermənistanın cənub qonşusu İran müharibəyə cəlb olunub və bu gün regional məsələlərin müzakirəsi müstəsna əhəmiyyət kəsb edir. Həm də fürsətdir ki, sülh müqaviləsi ilə bağlı mühim irəliləyişlər həll olunsun və ümid edək ki, belə də olacaq. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti ilə Cənubi Qafqazda möhkəm və dayanıqlı sülh sistemi formalaşacaq".
Zeynəb Mustafazadə