Soydaşlarımızın təhlükəsizliyi Azərbaycan dövlətinin əsas prioritetidir- ÖZƏL
13:23 Siyasət"Azərbaycan - bütün Azərbaycanlıların müstəqil dövləti hər zaman öz xalqının yanındadır. Hansı situasiyanın olmasından, hansı prosesin getməsindən asılı olmayaraq, soydaşlarımız, onların təhlükəsizliyi Azərbaycan dövlətinin əsas prioritetidir. Buna görə də müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib". "Olaylar" xəbər verir ki, bunu "Cümhuriyət" qəzetinin baş redaktoru Rafael Becanov deyib: "Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib. Xüsusilə Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb.
Qeyd edək ki, İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələri hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı Azərbaycanın bir neçə gün əvvəl müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdiyi barədə məlumat yayılmışdı. İsrailin endirdiyi zərbələr İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə etdiyindən yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması təhlükəsi yaranır".