Türkiyə daim Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edir- ÖZƏL
13:18 Siyasət"44 günlük Vətən müharibəsində də Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyə Cümhuriyyətinin ölkəmizə qətiyyətli, eyni zamanda güclü mənəvi-siyasi dəstək göstərməsi olmuşdur". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Müharibənin başlandığı gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Müharibənin başladığı gündən etibarən qardaş Türkiyə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etdi. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə möhtəşəm Zəfər paradında da xalqımızın yanında oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında döyüşən rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində təcavüzkar Ermənistan siyasi rəhbərliyinin və ordusunun cavabı layiqli şəkildə verilmiş və müharibə Ermənistan Respublikası üçün tam kapitulyasiya ilə nəticələnmişdir. Həyatını vətən uğrunda qurban etmiş şəhidlərimizin əziz xatirəsi daim yaddaşımızdadır və unudulmayacaq.
44 günlük Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sözün əsl mənasında qardaşlıq, dostluq əlaqalərinin ən yüksək səviyyədə olduğunu dünyaya sübut edir".