Türkiyədə Azərbaycan-Ermənistan sazişi imzalana bilər

Türkiyədə Azərbaycanla Ermənistan arasında saziş imzalana bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfərinin rəsmi gündəliyi açıqlanmasa da, hətta Mülki Müqavilə komandası Türkiyədə sazişin bağlanması və ya sülhlə bağlı ilkin sənədin imzalanması ehtimalından danışmağa başlayıb. Artıq bir neçə gündür ekspert dairələri deyirlər ki, Əliyev də Türkiyəyə gedir və Ərdoğanın vasitəçiliyi ilə tərəflər razılığa gələ bilər - üçüncü tərəfin hərbi mövcudluğunu istisna edəcək bir saziş imzalaya bilər. Yəni Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılacaq. Müqaviləyə həmçinin Əliyevin bütün digər tələbləri, o cümlədən 300 min azərbaycanlının Ermənistana geri qayıtmasını özündə əks etdirən əlavə də olacaq", - nəşr qeyd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31