Samvel Karapetyan Azərbaycana ekstradisiya oluna bilər?- ÖZƏL

Azərbaycanın beynəlxalq axtarışa verdiyi  milyarder Samvel Karapetyan Ermənistanda saxlanılıb. "Olaylar" xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, bu həmin şəxsdir ki, Ermənistanın bütün internet, telekommunikasiya və enerji sektoruna nəzarət edir: "44 günlük müharibədən sonra,  müharibədən məğlub çıxan Ermənistanın Rusiya ilə münasibətləri gərgin olan zamanlar Rusiyaya məxsus bütün şirkətlərlə bağlı problem yaranmışdı. O zaman Rusiyanın Rostelekom operatoruna məxsus olan  Ermənistanın əsas telekommunikasiya operatoru GNC Alfa şirkətinin də bütün səhmlərini məhz həmin bu Samvel Karapetyan 25 milyon dollara almışdı. Samvel "Taşir" Holdinqin və Ermənistan Sahibkarlar Assosiasiyasının rəhbəridir. "Ermənistan elektrik şəbəkəsi" də "Tashir" Holdinqə məxsusdur.
Ermənilərin nəhəng fiqurlarından biridir, milyaderdir. Samvel Karapetyannın adı Forbes və Blombergin zəngin biznesmenlərlə bağlı siyahılarında da xüsusi yer tutur. Samvel Karapetyan ötən günlər  Paşinyanla ciddi konfliktdə olan Erməni Apostol Kilsəsini müdafiə edərək hakimiyyətin kilsəyə qarşı apardığı siyasəti tənqid etmişdi. Rusiyanın siyasi və biznes elitasına yaxın olan bu şəxsin belə açıqlaması təsadüfi ola bilməzdi. Görünür ki Paşinyan da məhz bu çıxışından sonra ona məxsus olan Ermənistan Elektrik Şəbəkəsini yenidən milliləşdirəcəyini açıqlamışdı. Bundan sonra isə Ermənistan polisi onun evində axtarış apararaq saxlayıb, hazırda ona cinayət işinin açılacağı gözlənilir.
Xatırladıram ki, Samvel Karapetyan 2021-ci ildə Qarabağdakı döyüş əməliyyatları dövründə silah, sursat və hərbi texnika qaçaqmalçılığı təşkil etməkdə ittiham edərək Azərbaycanın Baş Prokurorluğu tərəfindən  beynəlxalq axtarışa verilib. Ermənistan müxalifəti də onu dəstəkləyir. Xatırlayıram ki, bir neçə il öncə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı həbsdən xilas etmək üçün həmin bu Samvel  4 milyon dollar girov qoymuşdu. Zamanında Ermənistana və "Artsaxa" ən böyük investisiya yatıranlardan biri olub. Beləliklə, Ermənistanın bütün telekommunikasiya, internet və enerji infrastrukturuna sahib olan,  Azərbaycanın da axtarışa verdiyi Samvel Karapetyanın saxlanılması ciddi hadisədir. Ümid edirəm Azərbaycana ekstradisiya da olunar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31