İran vuruldu, Zəngəzurda təhlükə var? – Paşinyan açıqladı

"İrandakı vəziyyətlə əlaqədar ErmənistanTəhlükəsizlik Şurasının iclası keçirilib. Lakin bu, Sünikdə (Zəngəzur-red.)təhlükə olduğu mənasına gəlmir". 

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Zəngəzurla bağlı iddiaları təxribat adlandırıb:

"İclasların Süniklə heç bir əlaqəsi yoxdur. Bu istiqamətdə səsləndirilən fikirlər tamamilə əsassızdır və təxribat xarakteri daşıyır. Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə razılığa gəliblər, yeni müharibə olmayacaq, sülh olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31