İsrail və ABŞ İranda rejimin dəyişməsini hədəfləyir- ÖZƏL

"Ötən həftə yazmışdım ki, rəsmi Bakı İsrailə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı diqqətli olmağı və hərbi əməliyyatların mülki insanlardan yan keçməsi ilə bağlı mövqeyini çatdırmalıdır. Artıq rəsmi Bakı İsrailə bununla bağlı mövqeyini bildirib. Güney Azərbaycan həssas məsələdir və onların təhlükəsizliyi bizim üçün önəmlidir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "İsrail və ABŞ İranda rejimin dəyişməsini hədəfləyir. Yaxın Şərqdə siyasi nizam yaradılır. İran teokratik sistemi ABŞ region siyasətinə ciddi şəkildə problem yaradıb. Beynəlxalq siyasi sistem çökərək, güc amili ortaya çıxıb. İran rejiminin tezliklə çökməsi mümkün görünmür. İran hakimiyyəti bir müddət müqaviməti davam etdirəcəksə, tərəflər arasında müəyyən danışıqların baş tutması mümkün ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31