Azərbaycandan İsrail rəhbərliyinə mesaj

İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır. 

Olaylar.az xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.

Xatırladaq ki, iyunun 13-dən səhər saatlarında İsrail İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücuma keçib. Qarşılıqlı hücumlar nəticəsində hər iki tərəfdən ölənlər və yaralananlar var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31