Bolqarıstan Milli Assambleyasının sədriölkəmizə səfərə gəlib
14:32 SiyasətBolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Azərbaycana işgüzar səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov,Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.
Spiker NataliyaKiselovaölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak edəcək, həmçinin, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31