QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin iclası keçirilib
14:05 Siyasətİyunun 17-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA)Sosial və humanitar siyasət komitəsininəlavə iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə Milli Məclisin deputatları - QDİƏT PA-da nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev, Səbinə Salmanova, quruma üzv ölkələrin parlament nümayəndə heyətləri və digər şəxslər iştirak ediblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsininsədri Musa Quliyev iclasdadiqqətə çatdırıb ki, tədbir "QDİƏT-əüzv dövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar" mövzusuna həsr olunub.
İclasda "QDİƏT-əüzv dövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar" mövzusunda hesabat layihəsinə baxılıb, eyni mövzuda tövsiyə qərarının layihəsisəsə qoyularaq qəbul edilib.
Tədbirdə QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev iştirak edib.