Azərbaycanda texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiqlənəcək - FƏRMAN

Azərbaycanda texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiqlənəcək.

Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti dörd ay müddətində texniki tənzimləmənin şamil olunduğu malların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31