Şimali Makedoniya Respublikası Assambleyasının sədri ölkəmizə səfərə gəlib

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 16-da Azərbaycana rəsmi səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycanın Şimali Makedoniyadakısəfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Spiker Afrim Qaşiölkəmizə səfəri çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının tədbirlərinə qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31