"İrandan Azərbaycan vətəndaşları təxliyə olunub, səfirlik və konsulluğumuz isə..."

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. Bildirib ki, bununla əlaqədar, ilkin olaraq İrandakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31