Müasir Azərbaycan dövlətçilik  tarixinin ən önəmli səhifələrindən biri

15- İyun MİLLİ QURTULUŞ bayramı, müasir Azərbaycan dövlətçilikj  tarixinin ən önəmli səhifələrindən biri, stabilliyin, inkişafın əsasının qoyulduğu gün münasibətilə xalqımızın hər bir nümayəndəsini təbrik edirəm. Sülh, əmin-amanlıq, rifah arzulayıram. Həmin gün Ümummilli Lider Heydər Əliyev yaranmış mövcud vəziyyətə görə, torpaqlarının bir hissəsini itirmiş, dünyanın siyasi xəritəsindən silinmək və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, cənubdan, şimaldan, qərbdən separatçılıqla üzləşmiş dövləti qurmaq üçün xalqın təkidli tələbləri ilə Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçildi. Memarı və qurucusu olduğu Azərbaycan adında dövləti hissə hissə tikdi və müasir, stabil, hərtərəfli inkişaf etmiş güclü dövlətə çevirdi.

Bu gün Ulu Öndərin ruhu şaddır. Onun vəsiyyətləri, arzuları həyata keçmiş, erməni işğalına son qoyulmuşdur. Qədir bilən xalqımız, 15-İYUN Milli Qurtuluş gününü, öz xilaskarının şərəfinə hər il bayram edir.

BAYRAMINIZ MÜBARƏK !!!

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31