Bu təkcə İsrail-İran müharibəsi deyil

"İsrailin İrana siyasi və hərbi nüfuzuna xələl gətirən uğurlu hücumuna təkcə İsrail - İran münasibətləri kontekstindən və eləcə də nüvə proqramı ilə bağlı qiymət verilməsi qətiyyən doğru deyil. Məsələ qlobal masştabda və geniş təhlil olunmalıdır". Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Heç şübhəsiz ki, İsrailin İrana çox uğurlu və sarsıdıcı zərbəsi ABŞ, Böyük Britaniya ilə razılaşdırılmış və birgə hazırlanmış əməliyatıdır. İsrailin İrana hücumu ancaq İrana deyil, Rusiya-İran-Çin siyasi və hərbi birliyinə, tandeminə qarşı planlı hücumdur. ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumundan sonra verdiyi açıqlama hansı ki, hücumu "mükəmməl" adlandırması və hücumun daha çox ediləcəyini gözlədiyini dilə gətirməsi gedən prosesə aydınlıq gətirir. Xüsusən də, Tramp nüvə proqramı ilə bağlı 60 gün vaxt verildiyini, İran ali dini lideri Xameneinun isə razılaşmadan imtinasından sonra, yəni İsrailin İrana hücumun həmin o müddətin 61-ci
 günündə baş tutması prosesə ABŞ-ın rəhbərliyini açıq göstərir.

Böyük Britaniya baş naziri Kir Ştarmerin gəlişindən sonra, Qərbin Ukraynaya bir mənalı dəstəyi və ABŞ prezidenti Donald Trampla mütəmadi görüş və telefon danışıqları Trampın Rusiyaya loyal münasibətinin dəyişməsi səbəblərindəndir. İsrailin İrana son hücumu eyni ilə bir neçə gün əvvəl Ukraynanın Rusiyaya vurduğu ağır zərbənin xaraktercə təkrarıdır. Ukrayna Rusiyanın dərinliyinə hərbi və strateji obyektlərinə vurduğu zərbə Rusiyanın hərbi, siyasi nüfuzuna və Putin iqtidarına çətin sınaq olduğu kimi, İsrailin də İranın ən yüksək hərbi komandanlarını paytaxt Tehranda vurması eyni ilə Xamenei hakimiyəti, rejimi üçün ciddi zərbədir. Mübahisəsiz, Ukrayna da, İsrail də təklikdə belə bir əməliyyat hazırlayıb həyata keçirə bilməzdi.

Təbii ki, İsrail Xamneini də vura bilərdi, ancaq ilk mərhələdə Xamneinin öldürülməsi İranda milli birliyə əsas ola biləcəyi nəzərə alınıb. Hər bir halda, hücumlar davam etdirilərsə və bir müddətdən sonra Xamenein də zərərsizləşdirilməsi üçün əlverişli siyasi, psixaloji mühüt formalaşa bilər. 

Xatırlamaq yerinə düşər, İran Rusiyanın Ukraynaya hücumuna hərbi, siyasi dəstək verir, silahlarla təhciz edirdi. İsrailin İrana hücumu Ukraynanın da əlini xeyli gücləndirəcək, İsrailin İrana qarşı keçirdiyi əməliyyat, Rusiyanın Ukraynanın taleyinə bir başa təsir edən, çox vacib strateji liman şəhəri (nəfəs yolu) Odessaya hücuma hazırlaşdığı bir dövrdə baş verməsi, İsrailin İrana qarşı keçirdiyi çox uğurlu əməliyyatın ümumən Qərbin Rusiya-İran-Çinə qarşı keçirdiyi əməliyyat olduğuna şübhə qoymur.

İsraillin İrana ağır zərbə vurması İranın Rusiyaya verdiyi hərbi-siyasi dəstəyinndən imtinasına, həm də İranın Zəngəzur dəhlizinə qarşı mövqeyindən geri çəkilməsinə məcbur edəcək. Təbii ki, nüvə proqramını da dayandıracaq. Artıq məlumat var ki, İran ABŞ-la danışıqlara, nüvə proqramından imtina etməyə hazır olduğunu çatdırıb. Ancaq olsun ki, Xamenei hakimiyəti devriləcək. İranın vəd etdiyi kimi, ABŞ-ın regiondakı müttəfiqlərinə zərbə endirməməsi Xamneyi hakimiyətinin devrilməsinə verilə biləcək qərarla bağlıdır. 

Yeri gəlmişkən, Macarıstan baş naziri Viktor Orbanın Rusiyaya qarşı loyal münasibətinin dəyişməsi və Rusiyaya qarşı çıxması Putin və Xamenei hakimiyəti ilə bağlı məlumatlı olması və ehtiyatlanmasıdır. Rusiya və İran nümunəsi Çinin siyasi kursunda dəyişiklərə səbəb olacaq, ancaq ona qarşı planları dəyişməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31