İsrailin İrana zərbələri Orta Şərqi xaosa sürükləyəcəkmi?

"İsralin İrana zərbələr vuracağı çoxdan gözlənilirdi. ABŞ prezidenti D. Tramp  Netanyahunu bir müddət idi ki, dayandırdığı bəlli idi. Nəhayət İsrail bu addımı  atdı. Trampın razılığı  ilə və ya öz başına atıb onu bilmirik. Amma o bəllidir ki, İsrail artıq İranın içərisində çox rahat çalışıb və  orada ən yüksək vəzifə sahiblərini öldürüb"."Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bərdəmirli deyib: "Bu onu göstərir ki, İranın təhlükəsizlik xidməti bərbad gündədir.Müşahidələrə əsasən onu demək olar ki, İsrail hücum taktikası ilə bərabər öz ölkəsinin vətəndaşlarının da  qorunması haqqında düşünüb. Lazımı hazırlıq işlərinin görüldüyünü İsrail rəsmiləri bəyan edir.
Təbii ki, bizi sıravi Azərbaycan vətəndaşı olaraq İranda yaşayan 40 milyona yaxın Azərbaycan türkünün taleyi və  təhlükəsizliyi düşündürür. Əgər  münaqişə alovlanarsa, qarşılıqlı hücumlar davam edərsə Cənubi Azərbaycandakı  soydaşlarımızın həyatı təhlükədə olacaq. Bəzən müharibələrdə günahsız dinc insanlarda qurbana çevrilir. Digər tərəfdən bu qarşıdurmaların Orta Şərqi xaosa sürükləyib və yaxud sürükləməyəcəyini indidən demək çətindir. Hər halda mütəmadi olaraq dünyaya və Azərbaycana barmaq silkələyən İran generallarının öldürülməsi bu ölkənin hərbi infrastrukturunun, təhlükəsizlik sisteminin hansı vəziyyətdə olduğundan xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31