İsrailin xarici işlər naziri: “İranı vurmaq qərarını son anda verdik”- ÖZƏL
13 İyun 16:48 Siyasətİsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin İrana qarşı hərbi əməliyyat qərarını "bütün digər variantlar tükəndikdən sonra, son anda" qəbul etdiyini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, Almaniyanın xarici siyasət üzrə rəsmisi Yohann Vadeful ilə telefon danışığı zamanı məlumat verib. Məlumatı İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
"Biz [İsrail] bu qərarı - İranda hədəfləri vurmaq qərarını - bütün alternativ yolların tükəndiyi anda, ən son mərhələdə qəbul etdik", - deyə Saar vurğulayıb.
Nazir bildirib ki, "bütün dünya İranın nüvə proqramından əl çəkmək niyyətində olmadığını gördü və anladı". Saarın sözlərinə görə, İsrail bu proqramı dayandırmaq məcburiyyətindədir.
O əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) son hesabatı İran tərəfindən ciddi pozuntuların olduğunu ortaya qoyub.