İlham Əliyevin uğurlu siyasəti ölkəmizi qüdrətli dövlətə çevrib- ÖZƏL

"1993-cü il iyunun 15-də başlayan milli qurtuluş yolu 2020-ci ilin noyabrın 8-də Azərbaycana öz tarixinin ən böyük Zəfərini yazmaq imkanı yaratdı". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Məhz bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü il iyunun 15-də atmışdı. Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu həm də Azərbaycan xalqının Zəfər tarixidir. Xalq olaraq 1993-cü il iyunun 15-dən 2020-ci il noyabrın 8-nə qədər olan 27 illik zaman dilimində şərəflə və qətiyyətlə irəlilədiyimiz möhtəşəm bir yol keçmişik, böyük qurtuluşdan böyük zəfərə yetmişik. Vətən uğrunda çıxdığımız bu haqq yolunun başlanğıcında Ulu Öndər Heydər Əliyev qurtuluş missiyası ilə xalqımızı, ölkəmizi sürükləndiyi bəlalardan, məhv olmaq təhlükəsindən qurtarıb, 44 günlük Vətən müharibəsində isə xilaskarlıq missiyası ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı 30 illik işğaldan azad edərək xalqımıza zəfər bəxş edib. Ulu Öndərin xalqımıza bəxş etdiyi əbədi müstəqillik cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və birinci xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində əldə edilən nailiyyətlər ilə daha da möhkəmləndirilib, ölkəmiz tarixinin ən qüdrətli dövlətinə çevrilib və hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31