Paşinyan İsrailin İrana hücumunu pisləyib – ÖZƏL
13 İyun 15:13 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını pisləyib. O, bu fikirləri Çexiyanın paytaxtı Praqada keçirilən "GLOBSEC 2025" təhlükəsizlik forumunda səsləndirib.
"İsrailin İrana qarşı son hərbi əməliyyatları bizi narahat edir və bu addımları qəti şəkildə pisləyirik. Bu cür hücumlar regionda onsuz da kövrək olan sabitliyi təhlükə altına qoyur," - deyə Paşinyan bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail Müdafiə Qüvvələri (CƏHAL) "Doğmaqda olan Şir" adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu çərçivədə İsrail Hərbi Hava Qüvvələri İranın hərbi obyektləri və nüvə proqramı ilə bağlı hədəflərinə zərbələr endirib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei isə televiziya müraciətində bu hücumları "cinayət" adlandıraraq, İsrailin "acı və dəhşətli aqibət" yaşayacağını bəyan edib.