Milli Qurtuluş Günü Azərbaycan xalqının qurtuluş tarixinin əbədi simvoludur- ÖZƏL

"15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, ölkənin xaosdan xilas edilməsi və gələcək inkişafının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu tarix Heydər Əliyevin xilaskarlıq missiyasını, onun dövlətçilik fəlsəfəsini və xalqına olan sadiqliyinin təcəssümüdür. Bu tarix həm də gənc nəslə dövlətə, müstəqilliyə və milli dəyərlərə sahib çıxmağın vacibliyini aşılayır. Milli Qurtuluş Günü Azərbaycan xalqının qurtuluş tarixinin əbədi simvolu olaraq qalacaq". "Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə mürəkkəbləşən siyasi vəziyyət, əhalinin gündən-günə kritikləşən sosial durumu ölkəni bu problemlərdən xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə əsaslı zərurət yaradırdı. Cəmiyyətin bütün təbəqələri müstəqilliyini təzəcə bərpa etmiş ölkəni düşdüyü çətin və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyətin məhz Heydər Əliyevin olduğunu bilirdi. Doğrusu, bu məhz bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında birlik olmaqla öz gələcək taleyinə özü qərar vermək niyyətində idi. Beləliklə, 1993-cü il iyun ayının 9-da ulu öndər xalqın çağırışına səs verərək Bakıya gəldi və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində əsaslı dönüşün baş verdiyi an oldu, böyük qurtuluşa doğru vacib addım atıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31