"Netanyahu dünyanı müharibəyə sürükləyir"- ÖZƏL
13 İyun 14:08 SiyasətOlaylar.az xəbər verir ki, İspaniyanın Baş nazirin müavini, solçu "Sumar" hərəkatının lideri Yolanda Dias İsrailin Baş naziri Benyamin Netanyahunu beynəlxalq təhlükəsizliyi təhdid edən addımlar atmaqda ittiham edib.
Dias "Bluesky" platformasında paylaşım edərək bildirib:
"Qəzzadakı soyqırımdan tutmuş İrana endirilən hava zərbələrinə qədər - Netanyahu dünyanı hərbi eskalasiyaya aparır".
İspaniya hökumətinin yüksək vəzifəli rəsmisi beynəlxalq hüququn qorunmasına, vəziyyətin təcili olaraq gərginlikdən çıxarılmasına və İsrail rejiminə qarşı sanksiyaların tətbiqinə çağırıb:
"Biz beynəlxalq hüquqa hörmət göstərilməsini, israilli rejimə qarşı dərhal sanksiyaların tətbiqini və bütün xalqlar üçün ədalətli və davamlı sülhə aparan çoxtərəfli yolun qurulmasını tələb edirik", - deyə Dias vurğulayıb.