Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi- ÖZƏL
13 İyun 14:07 Siyasət"Zaman keçdikcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin böyüklüyünü daha çox hiss edirik, Ümummilli Liderin milli tarix üçün qəbul etdiyi qərarların, milli ideologiyanın xalqın birliyinə verdiyi təkanı daha aydın görürük". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Ulu Öndər Heydər Əliyevin praqmatik siyasəti, misilsiz xidmətləri sayəsində tarixin müxtəlif dövrlərində çox çətin sınaqlardan üzüağ çıxmağı bacaran Azərbaycan müstəqil, suveren dövlət kimi beynəlxalq aləmdə, dövlətlərarası münasibətlərdə öz mövqeyini qoruyub saxlaya və daha da möhkəmləndirə bildi. Dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi lider, Böyük Azərbaycanlı Heydər Əliyevlə xalqımız qürur duyur və fəxr edir ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş müstəqilliyimiz Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi". Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, tərəqqi yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan Azərbaycan dövləti bəlkə də olmazdı".