Dövlət maliyyəsinin daha səmərəli idarə edilməsi ilə bağlı islahatlara başlanılıb-Nazir

Azərbaycanda dövlət maliyyəsinin daha səmərəli idarə edilməsi ilə bağlı islahatlara başlanılıb. Bu məqsədlə Maliyyə Nazirliyində işçi qrupu yaradılıb. "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar icasında bildirib.

Nazirin sözlərinə görə, islahatlar çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlil edilməsi, optimallaşdırılması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahəsində təkmilləşdirmə işlərinin aparılması, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesinə təbiqi təmin ediləcək:"Milli Məclisdə büdcə ilə bağlı səsləndirilən rəy və təkliflərə islahatlar çərçivəsində bir daha baxılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31