Azərbaycan–Türkmənistan görüşü: Yeni əməkdaşlıq dövrü- ÖZƏL
12 İyun 17:19 SiyasətTürkmənistanın Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyunun 16-da Azərbaycana rəsmi səfər edəcək.
Olaylar.az-a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, bu görüş əməkdaşlıq və uğurlu iş birliyi üçün çox əhəmiyyətlidir:
" Türkmənistan və Azərbaycan bütün keçmiş məsələləri həll ediblər. Sadəcə əməkdaşlıq və uğurlu işbirliyi haqqında düşünürlər. Ona fokuslanacaqlar. İkinci məsələ, burada Xəzərin altından keçən qaz layihəsi müəyyən qədər bəzən müzakirələr açıq olur. Məsələn, əvvəlcə təbii qaza ehtiyac var. Almaniya bu günlərdə yenə Azərbaycanla təbii qaz müqaviləsi imzaladı. Yenə də gündəmə gələ bilər ki, Türkmən qazının hansı şəkildə Azərbaycanın transferi həyata keçiriləcək.
Üçüncü məsələ, ortadakı neft yataqları və Xəzərdə onların işlənməsi məsələsi var.
Azərbaycan və Türkmənistan arasında qarşılıqlı ticarət tələbatları, iqtisadi əlaqələr mövcuddur. Nəqliyyat, kommunukasiya xətləri var. Azərbaycan elə hesablayıb ki, Orta Dəhliz Azərbaycandan keçərək Türkmənistana, oradan da Çinə çatmalıdır. Bununla bağlı, logistika məsələləri böyük ehtimalla müzakirə olunacaq.
Bundan başqa, Azərbaycan Türk Dövlətləri Təşkilatına xüsusi əhəmiyyət verir. Türkmənistan da burada çox önəmli bir mövqedədir.
Bundan əlavə, Azərbaycandan Türkmənistana, ordan Əfqanıstana və Pakistana dəmir yol xətlərinin, avtomobil yollarının, elektrik enerji xətlərinin çəkilməsi müşahidə olunur. Yəni, demək olar ki, Azərbaycan Türkmənistan tranzit yolu üzərində bir-birinə yaxın olan iki halqadır.
Ona görə də, tərəflər arasında kifayət qədər məsələlərin müzakirəsi aparılmalıdır. Tamamən normal haldır ki, belə yüksək səviyyəli görüş çox əhəmiyyətli tutulacaq".
Zeynəb Mustafazadə