""Şuşa Bəyannaməsi" dünyanın gözü önündə dimdik duruşumuz deməkdir"-  Şəbnəm HƏSƏNOVA- ÖZƏL

""Şuşa Bəyannaməsi" xalqımızın çoxəsrlik istəyinin, arzularının təzahürü, bunun rəsmiləşməsi, rəsmiləşmənin özü də dünyanın gözü önündə dimdik duruşumuz deməkdir. Əsas məsələ həm də odur ki, bu tarixi sənəd məkan olaraq Şuşada, zaman olaraq isə 15 iyun tarixində imzalanıb."  Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm HƏSƏNOVA deyib: "Şuşanın itirilməsi, xalqımızın öz qurtuluş tarixini yenidən qanlı biləklərlə yazması məhz Bəyannamənin imzalanması ilə kədərləri unutdurub, sevincə qərq etdi. Məkanın Şuşa seçilməsi həm də tarixi irsimizə, tarixi şəxsiyyətlərimizə, qurudub-yaradan xalqın nümayəndəsi olan türk Pənahəli xanın ruhuna ehtiramdır. Məhz elə buna görədir ki, xalqımızın qədirbilən oğlu Müzəffər Ali Baş Komandanımız ən mötəbər kürsülərdə, müzakirələrdə bu şəxsiyyətin adını çəkərək Şuşanın qədim türk torpağı olmasını qürurla bildirirdi. Əgər 1993-cü il 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını Ümummilli Lider Heydər Əliyev aldısa, illər sonra- Qars müqaviləsinin imzalanmasından iki yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini imzaladı.
Türkiyə-Azərbaycan münasibətlərinin ruhu dəyişməzdir, hər zaman eynidir, bu ruh qardaşlıq üzərində qurulub. Müttəfiqlik bəyannaməsi iki dövlət arasında münasibətlərin dərinləşdirilməsinin bütün sahələr üzrə əsas yol xəritəsidir. Bu gün dünya siyasətində lider qıtlığı yaşanır. Sözü ilə əməli eyni olan, dünya siyasətində konstruktivizmə önəm verən, milli maraqlar üzərindən siyasət yürütməyə qadir siyasətçi olduqca azdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan xalqının milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki dahi liderdir. Buna görədir ki, Türkiyə və Azərbaycanın mövqeyi nəzərə alınmadan bölgədə hər hansı meqa layihənon reallaşması mümkün belə deyil. Azərbaycanla Türkiyənin dünyada gedən proseslər haqqında mövqeləri üst-üstə düşür, bundan sonra da bu dəst-xətt davam etdiriləcək. Əsas amil odur ki, münasibətlər sadəcə dövlətlər, dövlət qurumları arasında yüksək səviyyədə deyil, cəmiyyətlər də bir-birinə səmimi tellərlə bağlıdır. Müttəfiqlik Bəyannaməsi heç bir üçüncü tərəfin əleyhinə yönəlməyib, bununla belə Şuşa Bəyannaməsi möhkəm qala divarları kimi iki dövlətin sinəsi önündə qalxandır. "

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31