Reallıq dəyişmir: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Züriyə Qarayeva- ÖZƏL
12 İyun 14:57 Siyasət"Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski son açıqlamasında Qarabağı "mübahisəli ərazi" kimi təqdim edib. Onun bu ifadəsi, xüsusilə "böyük Qarabağ" ifadəsi həm Azərbaycan ictimaiyyətində, həm də rəsmi dairələrdə ciddi narazılıqla qarşılanıb." Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib:" Azərbaycan XİN dərhal cavab verərək bildirib ki, bu fikir qəbuledilməzdir və Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Nazirlik əlavə edib ki, Medinski bu cür məsələlərdə rəsmi mövqe ifadə etmək səlahiyyətinə malik deyil.Bu bəyanat Rusiya tərəfinin regiondakı ritorikasında qeyri-müəyyənliyin hələ də davam etdiyini göstərir. Ekspertlər bunu həm Ukrayna kontekstində Qərbə yönəlik mesaj, həm də Cənubi Qafqazda balans siyasətinin növbəti epizodu kimi qiymətləndirirlər. Reallıq isə dəyişmir: Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu mövqe beynəlxalq hüquqa əsaslanır.
Qeyd edək ki, Rusiya Prezidenti Putinin köməkçisi Vladimir Medinski Qarabağı mübahisəli bölgə adlandırıb.O deyib ki, əgər Rusiya-Ukrayna müqharibəsində sülh əldə etməsə, cəbhəyanı ərazilərdə Qarabağ kimi mübahisəli bölgə yaranacaq.Medinski bunu Rossiya Today kanalına müsahibəsində deyib. Rəsmi Bakı onun bu açıqlamasını təəccüb və təəsüflə qarşıladığını bildirib.
İbrahim Məmmədli