Müstəqil, güclü, sabit və müasir Azərbaycan Milli Qurtuluşun bəhrəsidir- ÖZƏL
12 İyun 12:49 Siyasət"Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil, güclü, sabit və müasir Azərbaycan - məhz Milli Qurtuluşun bəhrəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: "Heydər Əliyev hakimiyyətə gəlməsəydi ölkənin vəziyyəti siyasi, iqtisadi, hərbi cəhətdən uçuruma doğru sürüklənəçəkdi və ölkə olaraq dağılma və vətəndaş qarşıdurması prespektivi olacaqdı. Lakin, Heydər Əliyevin hakimiyyətə gəlməsi sadəcə bir siyasi liderin qayıdışı deyildi - bu, ölkənin fiziki və siyasi olaraq xilas edilməsi idi. Əgər o gəlməsəydi, Azərbaycan bu günki müstəqil, güclü və regional nüfuza malik dövlət olmayacaqdı. Onun qayıdışı ilə sabitlik, inkişaf və güclü dövlət quruculuğu mərhələsi başlandı. Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixə düşdü. Onun müəyyən etdiyi strateji inkişaf yolu, milli maraqlara əsaslanan dövlətçilik siyasəti bu gün də uğurla davam etdirilir. Bu siyasi xəttin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atasının ideyalarını XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirərək, Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Azərbaycan regionda söz sahibi olan bir dövlətdir. Onun iqtisadi, hərbi, siyasi və enerji sahələrində qazandığı uğurlar təkcə ölkənin deyil, bütövlükdə regionun inkişafına yönəlik mühüm addımlardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət Azərbaycanın bu mövqeyini daha da möhkəmləndirməkdədir. Bu, həm tarixi zərurət, həm də milli iradənin təntənəsidir".