Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
11 İyun 16:26 SiyasətMavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha da çox tərəqqi və rifah diləyirəm.
Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.
Zati-aliləri, əziz Qardaşım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31