Qurtuluşdan başlanan yol Azərbaycanı tərəqqiyə aparır- ÖZƏL
11 İyun 12:52 Siyasət"Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirməsi ölkəmizin davamlı inkişafına, iqtisadi cəhətdən güclü dövlətə çevrilməsinə xidmət edib". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "Həyata keçirilən düşünülmüş siyasət və düzgün strategiya nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz təmin edilib. Bir zamanlar məcburi köçkünlərlə görüş zamanı Ulu Öndərin səsləndirdiyi və getmək arzusunda olduğu Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Ağdam bu gün öz azadlığına qovuşub və bu əzəli torpaqlarımızda sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Təbii ki, Azərbaycanın möhtəşəm Zəfərinin və bütün bu böyük işlərin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi dəst-xətti dayanır. Bu siyasi dəst-xətti müasir dövrün tələbləri çərçivəsində həyata keçirən cənab Prezident İlham Əliyev isə Azərbaycanın gələcək təhlükəsizliyi və tərəqqisinin qarantıdır. Xalqımız da əmindir ki, qurtuluşdan başlanan yol Azərbaycanı tərəqqiyə, Zəfərə və yüksək zirvələrə aparır".