Simonyan AŞ-nin Baş katibi ilə görüşüb: gündəmdə Azərbaycan-Ermənistan sülh prosesi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Avropa Şurasının Baş katibi Alen Berset ilə görüş keçirib. Görüş zamanı Simonyan qonağa Ermənistana səfərinə görə təşəkkürünü bildirib.

Görüşdə əsas müzakirə mövzuları Ermənistanın davam edən demokratik islahatları, Ermənistan və Azərbaycan arasında sülhün təmin edilməsi, həmçinin regional sabitlik məsələləri olub.

Alen Simonyan, eyni zamanda, Azərbaycanda saxlanıldığı iddia edilən əsirlər, itkin düşmüş və qeyri-qanuni saxlanılan şəxslərlə bağlı məsələyə də diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31