Tramp Netanyahu ilə danışdı: Azərbaycan üçün arzuolunmaz ssenari
11 İyun 2025 11:45 SiyasətABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Tərəflər İranın nüvə proqramı və Qəzza zolağı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
"Bəli, biz bir çox məsələləri müzakirə etdik və hər şey çox yaxşı, rəvan keçdi. Nə baş verəcəyini görəcəyik. Bilirsiniz, İranla bağlı nəsə etməyə çalışırıq", - deyə Tramp açıqlamasında bildirib.
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında nüvə danışıqları davam edir və yaxın vaxtlarda növbəti raundun keçirilməsi gözlənilir:
"Danışıqların bu mərhələsində İran İsrailin nüvə texnologiyaları ilə bağlı sənədləri ələ keçirdiyini iddia edib. Bu isə İsraildə ciddi narahatlıq yaradıb. Baş nazir Benyamin Netanyahu İrana qarşı mümkün hərbi zərbələrdə maraqlıdır və bu istiqamətdə simulyasiya təlimləri keçirir.
Digər tərəfdən, İran da İsrailin nüvə silahından imtina etməsi şərtini irəli sürür. Bu isə danışıqlar prosesində irəliləyişə mane olur. Dünənki Tramp-Netanyahu telefon danışığında İrana mümkün zərbələrin müzakirə olunduğu ehtimal edilir. Lakin Tramp açıq şəkildə diplomatik danışıqlara üstünlük verdiyini bəyan edib. Buna baxmayaraq, danışıqların uğurla nəticələnməsi real görünmür".