Prezident İlham Əliyev Azərbaycan və Çin arasında viza rejiminin ləğvini təsdiqləyib
10 İyun 16:01 SiyasətAzərbaycan və Çin arasında viza rejimi ləğv edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Sənədə əsasən, 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31