Ermənilərin kilsə siyasəti metastaz verib- ÖZƏL
10 İyun 12:20 Siyasət"Ermənilərin kilsə siyasəti metastaz verib. Ermənistan baş naziri bunu dərk edib, kilsənin yaratdığı acınacaqlı durumndan imtina edə biləcəkmi? Bunu yalnız zaman göstərəcək. Son günlər Nikol Paşinyan sosial şəbəkə hesabında II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var iddiaları ilə çıxış etməsi ciddi qarşıdırmaların başlanğıcından xəbər verir". "Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "Ümumiyyətlə, erməni kilsəsi ilə bağlı bəzi məqamlara münasibət bildirmək istərdim. Acı reallıqdır ki, ermənilər bütün qara əməllərini məhz kilsə vasitəsilə gerçəkləçdiriblər. Bu toplumun regiona köçürülməsi, ümumilikdə Cənubi Qafqazda böyük faciələrin başlanğıcı olmaqla yanaşı, həm də düşünülmüş məkrli planların tərkib hissəsi idi. Bu planın gerçəkləşməsində ermənilərlə bərabər bir sıra xarici dövlətlər, o cümlədən Çar Rusiyası öz maraqları çərçivəsində fəaliyyət göstərib. İndi real vəziyyətə və bir çox tarixi proseslərə nəzər salanda bir daha təsdiqlənir ki, burada əsas oyunçulardan biri olan Rusiya erməni kartından maksimum yararlana bilib. Çar Rusiyası anlayırdı ki, Qafqaza yiyələnmək üçün etibarlı dayaqlar lazımdır. Lakin Qafqazda yaşayan xalqların rusların bu regiona gəlişinə razılıq verəcəyi mümkün deyildi. Ona görə də ermənilərin Cənubi Qafqaz regionuna, qədim Azərbaycan torpaqlarına bilavasitə rusların dəstəyi ilə köçürülməsi prosesi ardıcıllıqla baş verib.
Yenidən yaddaşları yeniləmək məqsədilə bəzi tarixi faktlara nəzər salaq. Ermənilər XVII əsrdən başlayaraq özlərini əzilmiş, əzabkeş bir xalqın nümayəndələri kimi qələmə verərək, Rusiyadan və digər ölkələrin siyasi rəhbərliklərindən yardım istəmişdilər. 1699-cu ildə kilsə nümayəndəsi İsrail Ori və Minas Vardapet də bu cür xahişlə Qərbi Avropa ölkələrinə göndərilmişdi. Onlar Avstriya, Florensiya dövlətlərindən erməni dövlətini yaratmaq üçün xahiş etdilər. Həmin dövrdə İsrail Ori Rusiya imperatoru I Pyotrla görüşməyə nail olaraq öz planlarını ona bildirdi. Ermənilərin çirkin niyyətləri Rusiyanın Cənubi Qafqaz siyasətinə uyğun olduğuna görə I Pyotr bu planı qəbul etdi.
Bununla da ermənilərin Azərbaycan torpaqlarında yerləşdirmə planının əsası qoyuldu. I Pyotr Qafqazda özünə etnik dayaq yaratmaq məqsədi ilə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi planını reallaşdırmağa cəhd etdi. Bunun üçün o, 1724-cü ildə xüsisi fərman imzaladı. Lakin bir sıra faktorlar bu prosesi xeyli ləngitdi. 1725-ci ildə I Pyotrun ölümü, Rusiyada davam edən müxtəlif saray çevrilişləri, mərkəzi hakimiyyətin zəifləməsi, eləcə də Nadir şahın uğurlu siyasəti, daha sonra rus-türk müharibələri və Ağa Məhəmməd şah Qacarın yürüşləri ermənilərin Azərbaycan ərazilərinə köşürülməsi planın təxminən yüz il ərzində həyata keçməsinə imkan vermədi.
Yalnız XIX əsrin əvvəllərindən bu məkrli plan işə düşərək, hayların Cənubi Qafqaza köçürülməsinə mərhələrlə imkan yarandı. Son 200 ildə baş verən bütün bu fəlakətlərin, çaxnaşmaların əsası qoyuldu.
Bir vacib məqamı qeyd etmək istərdim. Alban apostol kilsələrinin qriqoriyanlaşması prosesi ermənilərin strateji planlarının gerçəkləşməsinə dəstək oldu.
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən yararlanmağa çalışıb, Çar Rusiyasına bölgədə sədaqətlə xidmət edəcəklərinə söz verdilər. Həmin dövrdə erməni kilsəsinin əsas məqsədi Alban apostol kilsəsinin irsini ələ keçirmək idi ki, buna da hiyləgərcəsinə nail oldular. I Nikolayın 1836-cı il 11 mart tarixli Fərmanı ilə Alban apostol kilsəsinin maddi-mədəni irsi erməni qriqoryan kilsəsinə verildi. Rusiya imperatorunun bu addımı Cənubi Qafqazdakı Alban mədəniyyətinin ermənilər tərəfindən məhv edilməsinə şərait yaratdı.
Nəhayət görünən odur ki, hazırda Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən əski ssenarilərini gerçəkləşdirmək istəyir".