Ümumilli Liderin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir- ÖZƏL
10 İyun 12:11 Siyasət"Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ümummilli Liderin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları tarixi ədalətin bərpası üçün səfərbər edildi. Nəticədə 1993 - 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil oldu. 2003-cü ildən etibarən isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb. Ölkəmiz ötən dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib:
"Müstəqilliyimizi böyük təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı. Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. 1993-cü ildən bəri keçən tarix onu göstərir ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın ən düzgün strategiyasını Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib, Prezident İlham Əliyev isə onu ustalıqla həyata keçirib".